» » Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bilindi

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bilindi

Bölmə: Idman
Azərbaycan klublarının avrokuboklardakı rəqibləri bilindi
Bu gün qadın və kişi voleybolçular arasında “Çelenc Cup”ın püşkü atılıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan klubları da rəqiblərini tanıyıblar.

Püşkatma mərasimində öncə qadın voleybolçulardan ibarət “Azərreyl”in taleyinə aydınlıq gəlib. Komandamızın bəxtinə Rumıniyanın "Ştiinta" klubu düşüb.

"Dəmiryolçular" mübarizəyə II təsnifat mərhələsindən deyil, 1/16 finaldan başlayacaq. Komandamız Rumıniya çempionatının 4-cüsü ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-i aralığında Bakıda olacaq.

Super Liqanın gümüş medalçısı olan “dəmiryolçular”ın mərhələ adlayarsa, "Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibini sıanağa çəkəcək.
"Çelenc Cup"da qadın voleybolçuların mübarizəsi isə noyabrın 21-də başlayacaq.

Ardınca kişi voleybolçular arasında Azərbaycan çempionu “Lokomotiv”in rəqibi müəyyənləşib. Avrokubokda debüt edəcək Bakı klubu Kiprin "Apoel" klubu ilə cütlük təşkil edib. Onlar "Azərreyl"dən fərqli, mübarizəyə II təsnifat mərhələsindən başlayacaqlar. İlk oyun noyabrın 21-23-ü aralığında paytaxtımızda, ikinci görüş 1 həftə sonra səfərdə olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler