» » “Buranın təbiəti göz oxşayır” -

“Buranın təbiəti göz oxşayır” - “Qəbələ”nin yarımmüdafiəçisi

Bölmə: Idman
“Buranın təbiəti göz oxşayır” -
“12 gündü yeni mövsümün hazırlıqlarına start vermişik. Avstriyadakı təlim-məşq toplanışının da artıq bir həftəsi arxada qalıb. Hazırlıq prosesi məşqçilərin verdiyi proqram üzrə davam edir. Hesab edirəm ki, hər şey plana uyğundu”. “Xalqinfo” xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

İyunun 3-də Bakıda bir araya gələn “qırmızı-qaralar” ayın 7-dən hazırlıqları Avstriyada davam etdirirlər. Azərbaycan çempionatının gümüş mükafatçısı ilk yoxlama görüşündə “Fulpmes”ə 8:0 hesabı ilə qalib gəlib.

Bununla bağlı klubun saytına açıqlama verən Camalov təlim-məşq toplanışının geridə qalan hissəsini dəyərləndirib: “Məskunlaşdığımız Fulpmes çox gözəl mənzərəyə malik yerdi. Təbiəti də göz oxşayır. Burada keçdiyimiz təlim-məşq toplanışının nəticəsini qarşıdakı matçlarda görəcəyik. Artıq ilk yoxlama oyununu keçirmişik. Yerli komanda ilə görüşdük. Qarşıda daha 3 belə sınağımız olacaq. Bu toplanışda daha çox məşq etmək, güc toplamaq və üzərimizdə çalışmaq lazımdı. Yeni mövsümə tam hazır olmaq üçün bu hazırlıq prosesindən maksimum yararlanmalıyıq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler