» » Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib

Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib

Bölmə: Idman
Ötən gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib

Bu dəfə qruplarda iki turun qarşılaşmaları baş tutub. Hər tur 3 gün davam etdiyindən azarkeşlər bu gün yalnız 3 qurpda 18 görüşə şahidlik ediblər.
C qrupunda mübarizə aparan Belarus evədə Ukrayna ilə qarşılaşıb. Matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Makedoniya doğma publika önündə Lüksemburqu sınağa çəkib. Bol qollu keçən matçda meydan sahibləri əzmkar qələbə qazanıb. Son Avropa çempionu İspaniya isə səfərdə Slovakiyanın qonağı olub. Baş məşqçi Visente del Boskenin yetirmələri gözlənilmədən rəqibinə boyun əyib - 2:1.
E qrupnun favoriti hesab edilən İngiltərə “cırtdan” ölkə San-Marino ilə üz-üzə gəlib. Britaniyalılar rəqibi top atəşinə tutublar. Litva evdə Estoniya ilə, Sloveniya İsveçrə ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki görüşdə sevinən tərəf meydan sahibləri olub ki, oyunun da taleyini bir qol həll edib.
Digər qrupda isə Lixtenşteyn – Monteneqro ilə qolsuz heç-heçə edib. Avstriya Moldovadan üstün olub – 2:1. Şimal qonşularımız Rusiya isə səfərdə İsveçlə qarşılaşıb. Bu görüşdə də qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar xalları yarı bölüb.
Qeyd edək ki, H qrupunda çıxış edən Azərbaycan millisi bu gün İtaliya ilə səfərdə üz-üzə gələcək. (apasport)
AVRO-2016-nın seçmə mərhələsi
9 oktyabr
C qrupu
Belarus - Ukrayna - 0:2
Martynoviç, 82-avtoqol, Sydorkuk, 90+3
Makedoniya - Lüksemburq - 3:2
Qollar: Traykovski, 20, Yahoviç, 66, Abdurahimi, 90+2 - Bensi, 39, Turpel, 44
Slovakiya – İspaniya - 2:1
Qollar: Kuçka, 17, Stok, 87 - Pako, 82

1.
Slovakiya 2 2 0 0 3:1 6 2.
İspaniya 2 1 0 1 6:3 3 3.
Ukrayna 2 1 0 1 2:1 3 4.
Makedoniya 2 1 0 1 4:7 3 5.
Lüksemburq 2 0 1 1 3:4 1 6.
Belarus 2 0 1 1 1:3 1

E qrupu
İngiltərə - San-Marino - 5:0
Qollar: Jaqielka, 25, Runi, 44-pen, Uelbek, 49, Taunsend, 72, Della Valle Ales, 78-avtoqol
Litva - Estoniya - 1:0
Qol: Mikolünas, 76
Sloveniya – İsveçrə - 1:0
Qol: Novakoviç, 79-pen

1.
İngiltərə 2 2 0 0 7:0 6 2.
Litva 2 2 0 0 3:0 6 3..
Estoniya 2 1 0 1 1:1 3 4.
Sloveniya 2 1 0 1 1:1 3 5.
İsviçrə 2 0 0 2 0:3 0 6.
San-Marino 2 0 0 2 0:7 0

G qrupu
Lixtenşteyn - Monteneqro - 0:0
Moldova - Avstriya - 1:2
Qollar: Dedov, 27-pen -Alaba, 12-pen, Yanko, 51
İsveç – Rusiya - 1:1
Qollar: Toivonen, 49 - Kokarin, 10

1.
Ruisya 2 1 1 0 5:1 4 2.
Monteneqro 2 1 1 0 2:0 4 3.
Avstriya 2 1 1 0 3:2 4 4.
İsveç 2 0 2 0 2:2 2 5.
Lixtenşteyn 2 0 1 1 0:4 1 6.
Moldova 2 0 0 2 1:4 0

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler