» » “Onu Bakıdan xanımı apardı” -

“Onu Bakıdan xanımı apardı” - Çingiz Abdullayev

Bölmə: Idman
“Onu Bakıdan xanımı apardı” -
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun sabiq futbolçusu, avtomobil qəzasında ölən Jonas Pesalli haqqında fikirlərini bölüşüb. “Qafqazinfo” xəbər verir ki, o, forvard haqqında bunları yazıb:

“Taleyimizin əvvəlcədən müəyyənləşməsi heç xoşuma gəlmir. Biz üzərində həyatımız yazılan nə val deyilik, nə də maqnitofon lenti. İnsanın şəxsən seçim etmək imkanı var. Bəzən o, səhv edir. Ötən il Azərbaycana gəlmiş yarımmüdafiəçi Jonas Pesalli həm sərgilədiyi oyunla (bunlardan birində ölkə kubokunun ¼ finalında “Zirə”nin qapısından 3 qol keçirmişdi), həm şəhərimizə, klubumuza, azarkeşlərimizə heyran qalması ilə bağlı “facebook”dakı şərhləri ilə yadda qaldı.

O, sadəcə, yaxşı və xoşniyyətli cavan oğlan idi! Qış fasiləsi zamanı ona müqavilə müddətini uzatmağı təklif etdik. O qədər Bakıda qalmaq istəyirdi ki. Ancaq həyat yoldaşı təkid edirdi ki, 5 ildi olmadıqları Braziliyaya qayıtsınlar. Və onlar getdi. Vidalaşarkən o, “görüşənədək” deyirdi. Əmin idi ki, bu gözəl şəhərə yenidən qayıdacaq. İki gün əvvəl avtomobil qəzasında həlak oldu. Cəmi 26 yaşı var idi. Bəziləri deyir ki, bu, qismətdi. Bəlkə də elədi. Ancaq bütün hallarda bu gəncə acıyırsan. Dünyada yaxşı insanların sayı bir nəfər azaldı. Bu, hər zaman taleyin ədalətsiz gülüşü kimi görünür! Yoxsa hər kəsin əvvəlcədən qədəri var və biz bununla heç bir şey edə bilmirik?”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler