» » “Bu bizim üçün ciddi problem ola bilər” -

“Bu bizim üçün ciddi problem ola bilər” - Onil

Bölmə: Idman
“Bu bizim üçün ciddi problem ola bilər” -
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının qonağı olacaq Şimali İrlandiya millisinin baş məşqçisi Maykl Onill mətbuat konfransı keçirib. “Xalqinfo” xəbər verir ki, Türkiyədə hazırlıq prosesi keçən komandanın çalışdırıcısı matçı dəyərləndirib.

Təcrübəli mütəxəssis Türkiyəni Azərbaycana oxşar havası olduğuna görə seçdiklərini bildirib: “Azərbaycanda 30 dərəcəyə yaxın isti var. Bu bizim üçün ciddi problem ola bilər. O səbəbdən də oyuna hazırlığı Türkiyədə keçdik. Düzdür, son iki gündə burada da hava soyudu, amma istənilən halda Bakıya yaxın havaya malikdir. İstiyə baxmayaraq oyunçularımız çox ciddi hazırlaşıb. Düşünürəm ki, Bakıda fiziki gücə hesablanmış oyun gedəcək. Biz komandanı da buna hazırlaşdırmışıq. Saat fərqinə görə matçın gecə saatlarına düşməsi yaxşı hal sayıla bilər”.

Çalışdırıcı zədəli futboluçulardan danışıb: “Qaret Makoli bu matç üçün hazırdı. Düzdür, heyətdə itkilər olacaq. Amma bu heç nəyi dəyişmir. Biz hər şeyi nəzərə alıb hazırlaşmışıq. Şənbə günü heyətin kimliyinə aydıqnlı gələcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler