» » Voleybol klublarımız Çempionlar Liqasından imtina etdi

Voleybol klublarımız Çempionlar Liqasından imtina etdi

Bölmə: Idman
Voleybol klublarımız Çempionlar Liqasından imtina etdi
Qadın voleybolçular arasında avrokubokların 2017/2018 mövsümündə Azərbaycanı təmsil edəcək klubun adına aydınlıq gəlib.

Xalqinfo.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, ölkəmiz yeni ildə beynəlxalq arenada cəmi bir komanda ilə mübarizə aparacaq.

Bu, Super Liqanın vitse-çempionu “Azərreyl”di. “Dəmiryolçular” “Çelenc Cup”da mübarizə aparmağı məqsədəuyğun sayıblar.

Çempionatın qalibi “Telekom” isə nəinki Çempionlar Liqasına, digər qitəmiqyaslı turnirlərə də qatılmayacaq. Komanda rəsmiləri bunu təsdiqləyiblər. Çempionatımızın digər mükafatçısı “Azəryol” isə daxili yarışla kifayətlənəcək.

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında 2002/2003-cü il mövsümündə “Azərreyl”lə debüt edib. Sonradan müəyyən fasilə yaransa da, “Rabitə” 2010/2011-ci il mövsümündə qitənin ən nüfuzlu yarışında iştirak edib və həmin vaxtdan turnirdə mübarizə aparırdıq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler