» » "Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" -

"Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" - Çarli Uaytinq

Bölmə: Idman
"Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" -
"Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində yarışın nəticələrinə əsasən maksimal sürətin artmasını gözləmirik, əksinə sürət bir qədər azala bilər. Çünki bolidlərin və təkərlərin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir".

Xalqinfo.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Formula 1-in yarış direktoru, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çatli Uaytinq Azərbaycan Qran Prisinə son hazırlıqlarla bağlı keçirilən brifinqdə deyib.

Lakin bununla belə Ç. Uaytinq qeyd edib ki, bu il də Bakıda rekord qeydə alına bilər: "Bu il Bakı trasında ümumilikdə sürətin yüksək olacağını düşünmürəm. Ötən il maksimal sürət 378km/saat olub. Bu il də o qədər və ya bir qədər az sürətin olacağını ehtimal edirəm. Amma bu dövrə rekordu qırıla bilər. Böyük ehtimalla rekord bu il qırılacaq"

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1-də dövrə rekordu, yəni 6 km-lik dövrənin qət edilməsi 1 dəq 46 saniyə olmuşdu.

"Bu il Bakıda Formula 1 yarışında sürət rekordu qırılacaq" -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler