» » Futbolçu məşq zamanı öldü

Futbolçu məşq zamanı öldü

Bölmə: Idman
Futbolçu məşq zamanı öldü
Çinin “Beytszin” klubunun və Kot-d'İvuar yığmasının yarımmüdafiəçisi Şeyk Tiote 30 yaşında vəfat edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, futbolçunun halı məşq zamanı qəflətən pisləşib. Bir neçə saatdan sonra Ş.Tiote xəstəxanada keçinib. Ölümün səbəbləri barədə hələ ki, məlumat verilmir.

Şeyk Tiote müxtəlif illərdə Hollandiyanın “Tvente” və “Roda”, Belçikanın “Anderlext” klubunda oynayıb. 2010-cu ildən İngiltərənin “Nyukasl” klubunun şərəfini qoruyan futbolçu bu ilin fevralından karyerasını Çində davam etdirib.

Kot-d'İvuar milli komandasının heyətində 55 dəfə meydana çıxan Ş.Tiote 2015-ci ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler