» » Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər

Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər

Bölmə: Idman
Azərbaycanda daha bir beynəlxalq yarışma keçirilə bilər
Azərbaycanda kitesurfinq idman növünü populyaşdırmasi üçün biz beynəlxalq yarışların keçirilməsini müzakirə edirik.

Xalqinfo.az xəbər verir ki, bunu Şuraabad Kitesurfinq Mərkəzinin rəhbəri Maks Fraydebeqq jurnalistlərə açıqlamasında bildirib.

M.Fraydebeqqin sözlərinə görə, Azərbaycanda yerli əhali bu idman növünə maraq göstərir.

“Lakin biz Azərbaycanda kitesurfinqin daha populyaşdırması üçün müəyyən addımlar atmağa planlaşdırırıq. Misal üçün bu günlərdə biz kitesurfing üzrə “King of the Air” beynəlxalq yarışmanın qalibi Ruben Lenteni Azərbaycana dəvət etmişik”

O bildirib ki, mərkəz 5 ilə yaxın fəaliyyət göstərir.

“İstənilən şəxs öz avadanlığı ilə burda gəlib kitesurfinqlə məşğul olar bilər. Bunun üçün sadəcə öncədən mərkəzə zəng olunmalıdır. Əsas məsələ havanın küləkli olmasıdır. Bakıda Şuravabad Kitesurfing Mərkəzinə 45 dəqiqəyə çatıb bu idmanla məşğul olmaq mümkündür”.

Leyla Həsənova


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler