» » “Dama-dama köynək”lilərin Azərbaycan açıqlaması -

“Dama-dama köynək”lilərin Azərbaycan açıqlaması - Foto

Bölmə: Idman, BLOK XƏBƏR
“Dama-dama köynək”lilərin Azərbaycan açıqlaması -

Oktyabrın 13-də millimiz Avro-2016 seçmə oyunlarında Xorvatiyanın qonağı olacaq.

Axar.az xəbər verir ki, ayın 10-da İtaliya ilə səfərdə görüşəcək yığmamız Palermodan Zaqrebə yola düşəcək. Xorvatlar isə Azərbaycanla matça ciddi yanaşırlar. Onların tanınmış futbolçuları Xorvatiya mətbuatında bu görüş haqda çıxış ediblər.

axar.az xorvat oyunçuların açıqlamalarını təqdim edir:

"Malta ilə görüşdə yaxşı oynamadıq. Ancaq əsas 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Komandaya xeyli gənc futbolçu cəlb olunub. Təcrübəli futbolçu kimi onlara dəstək olmalıyam".

Bu sözləri Xorvatiya millisinin müdafiəçisi Dario Srna ölkəsinin mətbuatına deyib. Təcrübəli futbolçu Bolqarıstan və Azərbaycanla oyunlarda qələbə qazanmağa çalışacaqlarını bildirib:

"Şaxtyor"dakı ukraynalı komanda yoldaşlarım Bolqarıstana qarşı oynayıblar. Onlar bolqarların çox sürətli və yaxşı oynadıqlarını dedilər. Bu mənada bizi çətin səfər gözləyir. Daha sonra evdə Azərbaycanla qarşılaşacağıq. Hər iki oyunda qələbə qazansaq, "Avro-2016"nın final mərhələsinə getmək yolunda böyük iş görmüş olacağıq".

***

“Mənim işim millinin təlim-məşq toplanışında iştirak etmək və Bolqarıstanla Azərbaycan oyunlarına hazırlaşmaqdır".

Bu fikri Xorvatiya millisinin futbolçusu Andrey Kramariç deyib.

23 yaşlı futbolçu hər iki oyunda qələbənin komandası üçün önəmli olduğunu söyləyib:

"Qarşıdakı görüşlərdə baş məşqçinin kimə şans verəcəyi önəmli deyil. Əsas məsələ yığmanın yaxşı oynaması və qələbə qazanmasıdır. Hansı mövqedə oynayacağımı da bilmirəm. Buna baş məşqçi qərar verəcək".

***

“Bolqarıstanla oyunda 3 xal üçün əlimizdən gələni edəcəyik. Rəqib də doğma azarkeşlər önündə bizi məğlub etmək istəyəcək. Amma buna imkan vermək istəmirik”.

Bu sözləri isə Xorvatiya milli komandasının məşhur futbolçusu Vedran Çorluka deyib. Çorluka əlavə edib ki, səfərdə çətin qarşılaşma gözləyəcəyini düşünmür: “Fikrimcə, Avropa çempionatına getmək üçün taleyimiz məhz İtaliya, Bolqarıstan və Norveçlə oyunlarda həll olunacaq.

Məhz bu komandalar üzərində qazanacağımız qələbələr bizim üçün önəmli olacaq. Bolqarıstana qarşı yaxşı motivasiya olmalıyıq.

Çünki ilk oyunda qazanacağımız nəticə Azərbaycanla matça da təsir edəcək. Heç bir komandanı siyahıdan silmirik. Hamısı ciddi və təhlükəli rəqiblərdir. İnanıram ki, ardıcıl iki oyunda qalib gəlib Fransaya gedən yolda böyük addım atmış olacağıq”.
- See more at: http://axar.az/news/31453#ad-image-0

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler