» » Qadın voleybolçularımız ardıcıl dördüncü qələbəsini qazandı

Qadın voleybolçularımız ardıcıl dördüncü qələbəsini qazandı

Bölmə: Idman
Qadın voleybolçularımız ardıcıl dördüncü qələbəsini qazandı
Qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunları davam edir.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, ardıcıl 3 oyunda “quru hesab”la qələbə qazanan Faiq Qarayevin yetirmələri bu gün baş tutan IV turda İsrail yığması ilə üz-üzə gəlib.

Voleybolçularımız bu dəfə də uğurlu seriyanı davam etdiriblər. Ardıcıl 4-cü matçda 4-cü 3 xallıq qələbə komandamızı növbəti mərhələyə daşıyıb. Yığmamız sabah baş tutacaq Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda qalmayacaq. "Narıncılar"a qalib gələcəyimiz halda birbaşa final mərhələsinə, uduzacağımız halda isə pley-offa yüksələcəyik.

Günün ilk matçında Danimarka Norveçlə qarşılaşıb. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. Bu, Norveçin Bakıda ilk qalibiyyəti olub.

Turun mərkəzi matçında isə Hollandiya Ukraynanı sınağa çəkəcək.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu
IV tur
2 iyun


Hollandiya – Ukrayna - 1:0
İsrail – Azərbaycan - 0:3
Danimarka – Norveç - 1:3


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler