» » Dünyanın ən populyar idmançıları –

Dünyanın ən populyar idmançıları – SİYAHI

Bölmə: Idman, MARAQLI
Dünyanın ən populyar idmançıları –
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur insanı sayılıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, ESPN-in apardığı araşdırma nəticəsində portuqaliyalı hücumçu basketbolçu Lebron Ceyms və “Barselona”nın forvardı Lionel Messini üstələyib.

İdmançıların populyarlığı xüsusi formulla müəyyənləşdirilib. Bu zaman gəlirlər, sosial şəbəkələrə təsir və “Google” axtarış sistemindəki sorğular nəzərə alınıb. İlk 100-lükdə hamıdan çox - 38 nəfər futbolu təmsil edir. Onların 1/3-i isə İngiltərə Premyer Liqasındandır.

Dünyanın ən populyar idmançıları (ilk 10-luq):

1. Kriştianu Ronaldu (futbol)

2. Lebron Ceyms (basketbol)

3. Lionel Messi (futbol)

4. Roje Federer (tennis)

5. Fil Mikelson (qolf)

6. Neymar (futbol)

7. Useyn Bolt (atletika)

8. Kevin Dürant (basketbol)

9. Rafael Nadal (tennis)

10. Tayger Vuds (qolf)

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler