» » "Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərildi

"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərildi

Bölmə: Idman
"Zenit"in baş məşqçisi Mirça Luçesku istefaya göndərildi
Mirça Luçeski Rusiyanın "Zenit" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, Direktorlar Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl pozulmasına qərar verib.

Onu Roberto Mançininin əvəzləyəcəyi gözlənilir. Artıq klubun yeni prezidenti Sergey Fursenko italiyalı mütəxəssislə müqavilənin detallarını razılaşdırıb.

Qeyd edək ki, Mirça Luçesku "Zenit"ə 2016-cı il mayın 24-də baş məşqçi təyin olunub. 72 yaşlı mütəxəssis komandaya Rusiya Super Kubokunu qazandırıb. Sankt-Peterburq təmsilçisi Avropa Liqasında "pley-off"da mübarizəni dayandırıb, Premyer Liqada isə bürünc medalla kifayətlənib

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler