» » Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda

Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda

Bölmə: Idman
Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda
Azərbaycanlı məşqçi Asim İbrahimov dünən Türkiyə Super Liqa təmsilçisi “Adanaspor”un idman direktoru təyin edilib. O, klubla 1 illik müqavilə bağlayıb.

Xalqinfo.az xəbər verir ki, İbrahimov idman direktoru təyin edilsə də, Adana təmsilçisində baş məşqçi funksiyasını yerinə yetirəcək.

Belə ki, “Adanaspor”un artıq növbəti mövsümdən Türkiyə birinci liqasında çıxış edəcəyi dəqiqləşib. Türkiyə Futbol Federasiyasının əsasnaməsinə görə, bu liqada əcnəbi məşqçilərin çalışmasına icazə yoxdu. Məhz buna görə, İbrahimov Adana klubunda idman direktoru kimi işə götürülüb. Lakin o, burda baş məşqçi funskiyasını yerinə yetirəcək.

İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. Onun son iş yeri Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) olub. Mütəxəssis artıq 1 həftədir Adanadadır və komandanın məşqlərini izləyir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler