» » Avropa kubokunda daha iki medal

Avropa kubokunda daha iki medal

Bölmə: Idman
Avropa kubokunda daha iki medal
Polşanın Bielsko Biala şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub. "Xalqinfo" xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha iki medal yazdırıb.

+90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məhəmməd Abdullayev yalnız final görüşündə məğlub olaraq mötəbər turnirin gümüş medalını qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günü cüdoçularımız Əli Əsgərzadə (50 kq) və Davud Abbaslı (60 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 25 ölkədən 490 yeniyetmə cüdoçunun (284 oğlan, 206 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (15 oğlan, 2 qız) ilə təmsil olunurdu.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler