» » Birinci vitse-prezident qalibləri mükafatlandırdı - Video

Birinci vitse-prezident qalibləri mükafatlandırdı - Video

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Birinci vitse-prezident qalibləri mükafatlandırdı - Video
Bu gün İslamiadanın sərbəst güləş yarışlarının sonuncu qarşılaşmasında qalib gələn Azərbaycan pəhləvanı Cəmaləddin Maqomedov qızıl medal qazanıb.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Yarışlarda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa ikincisi, Dünya Kubokunun qalibi olan Cəmaləddin Maqomedov həlledici qarşılaşmada Qazaxıstan pəhləvanı Daulet Şabanbayı məğlub edərək qızıl medal qazanıb.

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.

Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler