» » Hacı Əliyevə qızıl medalı İlham Əliyev verdi

Hacı Əliyevə qızıl medalı İlham Əliyev verdi

Bölmə: Idman
 Hacı Əliyevə qızıl medalı İlham Əliyev verdi
Xəbər verdiyimiz kimi, İslamiadanın sərbəst güləş yarışlarının sonuncu günündə pəhləvanımız Hacı Əliyev final görüşündə qalib gələrək İslamiadada Azərbaycanın aktivinə 65-ci qızıl medalı yazdırıb.

Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medallara iranlı Məsud İsmailpur və pakistanlı Abdul Vahab layiq görülüblər.

Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler