Daha bir qızıl - YenilənibBölmə: Idman
Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək. “Xalqinfo” xəbər verir ki, Azərbaycanın 4 idmançısı yarışlara qatılacaq. 63 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmməd Məmmədov 1/8 finalda İbrahim Zarman (İndoneziya)/ Əhməd Əlhosani (BƏƏ) cütünün qalibi ilə üz-üzə gələcək. 74 kq-da Səid Quliyev 1/4 finalda Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq. 87 kq-da Ramin Əzizov (87 kq) da yarışlara 1/4 finalda iordaniyalı Anas Sadeki sınağa çəkəcək. Qadınların yarışında mübarizə aparan 62 kq çəkidə Darya Şkurko Mərakeş taekvondoçusu Sukayna ƏL Auni ilə münasibətlərinə aydınlıq gətirəcək. *** Taekvando yarışlarında idmançımız Məhəmməd Məmmədov indoneziyalı İbrahim Zarmanı 9:2 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Qadın taekvandoçumuz Darya Şukurko 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auniyə uduzaraq mübarizəni dayandırıb. *** 87 kq-da Ramin Əzizov 1/4 finalda iordaniyalı Aner Sadikini udaraq yarımfinala çıxıb. *** Taekvandoda Məhəmməd Məmmdəov qazaxıstanlı Alimjan Serikbayevə 7:8 uduzaraq bürünc qazanıb. *** Taekvandoda Ramin Əzizov iranlı Əhməd Məhəmmədəli üzərində 16:13 hesablı qələbə qazanıb və qızıl medala sahib olub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|