» » Məmmədovdan bürünc -

Məmmədovdan bürünc - Yenilənib

Bölmə: Idman
Məmmədovdan bürünc -
Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək.

Xalqinfo” xəbər verir ki, Azərbaycanın 4 idmançısı yarışlara qatılacaq.

63 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmməd Məmmədov 1/8 finalda İbrahim Zarman (İndoneziya)/ Əhməd Əlhosani (BƏƏ) cütünün qalibi ilə üz-üzə gələcək.

74 kq-da Səid Quliyev 1/4 finalda Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.

87 kq-da Ramin Əzizov (87 kq) da yarışlara 1/4 finalda iordaniyalı Anas Sadeki sınağa çəkəcək.

Qadınların yarışında mübarizə aparan 62 kq çəkidə Darya Şkurko Mərakeş taekvondoçusu Sukayna ƏL Auni ilə münasibətlərinə aydınlıq gətirəcək.

***

Taekvando yarışlarında idmançımız Məhəmməd Məmmədov indoneziyalı İbrahim Zarmanı 9:2 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

Qadın taekvandoçumuz Darya Şukurko 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auniyə uduzaraq mübarizəni dayandırıb.

***

87 kq-da Ramin Əzizov 1/4 finalda iordaniyalı Aner Sadikini udaraq yarımfinala çıxıb.

***

Taekvandoda Məhəmməd Məmmdəov qazaxıstanlı Alimjan Serikbayevə 7:8 uduzaraq bürünc qazanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler