» » 5 boksçumuz finalda

5 boksçumuz finalda

Bölmə: Idman
5 boksçumuz finalda
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib.

"Xalqinfo" xəbər verir ki, həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.

Yığmamızın üzvü Cavid Çələbiyev buna 1/2 finalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.

Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

***

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığmasının daha bir boksçusu növbəti qələbəsini qazanıb. 69 kq çəki dərəcəsində rinqə çıxan Tamerlan Abdullayev 1/2 final səddini də uğurla keçib. O, İlya Oçkini (Qazaxıstan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 4:0 hesabı ilə qələbə qazanıb. 25 yaşlı idmançımız sabah keçiriləcək həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək.

Qeyd edək ki, Abdullayevdən öncə Cavid Çələbiyev (60 kq), Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) finala vəsiqə qazanıb.

***

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

23 yaşlı idmançı yarımfinal səddini döyüş keçirmədən adlayıb. Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Qeyd edək ki, Rəhimov finala yüksələn 5-ci boksçumuz olub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler