» » Taekvandoçularımızdan üçüncü qızıl

Taekvandoçularımızdan üçüncü qızıl

Bölmə: Idman
Taekvandoçularımızdan üçüncü qızıl

Taekvando yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Tağızadə IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Xalqinfo.az xəbər verir ki, idmançımız final görüşündə iranlı Seyedhossein Ehsanipetroudi üzərində 9:8 hesabı ilə qələbə qazanıb.

Təmsilçimiz ilk görüşündə əfqanıstanlı Rohullah Nikpaya 28:14 hesabı ilə qalib gəlib. Azərbaycan idmançısı yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Səud Al Muvalladı 18:9 hesabı ilə məğlub edib.
1996-cı ildə Bakıda taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində anadan olan Ayxan 10 yaşından yarışlarda çıxış etməyə başlayıb.

Hazırda 19 yaşı olan idmançımız "Neftçi" İdman Sağlamlıq Mərkəzinin üzvüdür. O, 2013-cü ildə Portuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb. “Gilan” idman klubunun yetirməsi olan Ayxan Tağızadə birinci Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının və klublararası qitə çempionatının qızıl medalçısıdır. Bu ilin martında Hollandiyanın Eyndhoven şəhərində keçirilən taekvando üzrə ənənəvi “Dutch Open” beynəlxalq turnirində idmançımız bürünc medala sahib olub.

Onun Atası Əvəz Tağıyev Azərbaycanın para-taekvando üzrə milli komandasının baş məşqçisidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler