» » 4 boksçumuz rinqə çıxacaq

4 boksçumuz rinqə çıxacaq

Bölmə: Idman, GÜNDƏM
4 boksçumuz rinqə çıxacaq
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında 4 idmançımız mübarizə aparacaq.

Xalqinfo.az məlumatına görə, boks yığmamızın 3 üzvü ilk, Məhəmmədrəsul Məcidov isə ikinci görüşünü keçirəcək.

Hər dörd boksçumuz 1/4 final mərhələsində rinqə çıxacaq.

49 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov iranlı Omid Əhmədisafa ilə qarşılaşacaq.

56 kq-da mübarizə aparan boksçumuz Tayfur Əliyevin ilk rəqibi mərakeşli Taoufik Kaçfi olacaq.

64 kq çəkidəki təmsilçimiz Elvin İsayev yarımfinala çıxmaq üçün Özbəkistan təmsilçisi Aliyor Noraliyevi məğlub etməlidir.

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə ikinci döyüşünü keçirəcək. Boksçumuz 1/4 finalda misirli Uosri Hafizlə döyüşəcək.

Qeyd edək ki, yarımfinala yüksələn boksçular ən az bürünc medalı təmin etmiş olacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler