» » Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib

Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Qaliblərə medalları Mehriban Əliyeva təqdim edib
Mayın 13-də bədii gimnastika üzrə Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.

Xalqinfo.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva gimnastların yarışlarına baxıb.

Paytaxtımız 23 idman növünün təmsil olunduğu IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Həm dünya, həm İslam aləmi üçün önəmli olan bu Oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib. Oyunlar çərçivəsində gimnastikanın 3 növü üzrə - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlar təşkil olunur.

Yarışlar başa çatandan sonra mükafatlandırma mərasimi oldu.

Medalları qaliblərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim etdi.

"Bakı-2017"nin çempionu olan bədii gimnastika komandamızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirildi, dövlət bayrağı qaldırıldı.

Mayın 14-də müxtəlif alətlər üzrə fərdi yarışlarda final mərhələsi keçiriləcək.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler