» » Çempionlar Liqasında ilk finalçı bu gecə bəlli olacaq

Çempionlar Liqasında ilk finalçı bu gecə bəlli olacaq

Bölmə: Idman
Çempionlar Liqasında ilk finalçı bu gecə bəlli olacaq
Bu gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin bir cavab görüşü keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, ilk oyun günündə “Yuventus” öz meydanında “Monako”nu qəbul edəcək. Bu komandalar arasında 6 gün əvvəl keçirilən ilk oyun “Yuventus"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Yuventus”-“Monako” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Yarımfinal mərhələsinin digər matçı mayın 10-da Madridin “Atletiko” və “Real” komandaları arasında keçiriləcək. Bu komandalar arasında ilk görüşdə kral klubu 3:0 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası

1/2 final, cavab oyunu

9 may

“Yuventus” - “Monako”
İlk oyun - 2:0


10 may

“Atletiko” - “Real”
İlk oyun - 0:3


Xatırladaq ki, ÇL-in finalı iyunun 3-də Kardiffdə keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler