» » "ShamkirChess 2017"in lideri Şəhriyar Məmmədyarovdur

"ShamkirChess 2017"in lideri Şəhriyar Məmmədyarovdur

Bölmə: Idman
"ShamkirChess 2017"in lideri Şəhriyar Məmmədyarovdur
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VII tura yekun vurulub. Xalqinfo.az xəbər verir ki, "Report"un məlumatına görə, turun heç bir görüşlərində qalib gələn olmayıb.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ağ fiqurlarla ingiltərəli Maykl Adamsla, Teymur Rəcəbov bolqar Veselin Topalovla heç-heçə edib. Pavel Elyanov (Ukrayna) - Uesli So (ABŞ), Sergey Karyakin (Rusiya) - Vladimir Kramnik (Rusiya) və Pentala Harikrişna (Hindistan) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları da eyni hesabla nəticələnib - 0,5:0,5.

Yeddi turdan sonra Məmmədyarov 5 xalla liderdir. Hərəyə 4 xala malik Topalov, So və Adams 2 - 4-cü yerləri bölüşür. Elyanov 3,5 xalla 5-ci pillədə qərarlaşıbsa, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek 3 xalla 6 - 9-cu, Harikrişna 2,5 xalla 10-cu yerdədir.

Aprelin 29-da keçiriləcək 8-ci turda Voytaşek Məmmədyarovla, So Rəcəbovla, Kramnik Adamsla, Topalov Harikrişna ilə, Karyakin isə Elyanovla üz-üzə gələcək.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler