» » Məmmədyarov Adamsa, Rəcəbov Topalova qarşı

Məmmədyarov Adamsa, Rəcəbov Topalova qarşı

Bölmə: Idman
Məmmədyarov Adamsa, Rəcəbov Topalova qarşı
"ShamkirChess-2017"də bu gün yeddinci turun görüşləri keçiriləcək. “Xalqinfo” xəbər verir ki, lider Şəhriyar Məmmədyarov ən yaxın izləyicisi ingilətərəli Maykl Adamsla üz-üzə gələcək.

Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər cütlər isə belə müəyyənləşib:

Sergey Karyakin(Rusiya) - Vladimir Kramnik(Rusiya)
Pavel Elyanov(Ukrayna) - Uesli So(ABŞ)
Pentala Harikrişna(Hindistan) - Radoslav Voytaşek(Polşa)

Qeyd edək ki, altı turdan sonra Məmmədyarovun aktivində 4.5 xal var. Maykl Adams, Uesli So və Veselin Topalov hərəyə 3.5 xal toplayıb. Pavel Elyanov 3, Vladimir Kramnik, Teymur Rəcəbov, Radoslav Voytaşek, Sergey Karyakin isə aktivinə 2.5 xal yazdırıb. Pentala Harikrişna 2 xalla sonuncudu.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler