» » Tanınmış idmançılar İslam Oyunları

Tanınmış idmançılar İslam Oyunları HAQDA...

Bölmə: Idman
Tanınmış idmançılar İslam Oyunları
12-22 may tarixlərində Azərbaycanda İV İslam Həmrəyliyi oyunları keçiriləcək. Oyunlarda 57 dövlətdən 6000-ə yaxın idmançı 21 idman növü üzrə mübarizə aparacaq. Modern.az ölkənin tanınmış idman ustalarından oyunların əhəmiyyəti ilə bağlı fikirlərini öyrənib:


Stend atıcılığı üzrə, 6 dünya , 2 olimpiya rekordu qazanan, polis polkovniki Zemfira Meftahəddinova bildirib ki, İslam Həmrəyliyi Oyunları mötəbər tədbir olmaqla yanaşı, həm də təcrübədir:

“Bu, böyük tədbirdir. Sevindirici haldır ki, I Avropa Oyunlarından sonra Azərbaycanda IV İslam Həmrəylik oyunları keçiriləcək . Bu böyük tədbir idmançılar üçün çox böyük təcrübədir. Bütün idmançılarımız beynəlxalq arenada öz sözlərini deyir, hər bir yarış zamanı xalqımızı və prezidentimizi sevindirirlər. İndi mən inanıram ki, bu yarışda da bizim idmançılarımız öz sözlərini deyəcəklər.

Güləşdə, atıcılıqda, cüdoda, karatedə, boksdan bizim çox güclü idmançılarımız var. Adlarını qeyd etməyəcəm, çünki mənim özüm də heç vaxt, proqnoz verməyi xoşlamıram. Özüm də idmançı olanda heç vaxt proqnoz verməmişəm. Amma inanıram ki, idmançılarımız bütün növlərdə uğurlar qazanacaqlar.

Karate üzrə 2-qat dünya çempionu, Fövqaladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun rəisi Füzuli Musayevin fikrincə, nəinki İslam Oyunları, ümumiyyətlə bütün beynəlxalq tədbirlər Azərbaycan üçün çox əhəmiyyətlidir:

“Görürsünüz ki, dünyada nə hadisələr baş verir? Bu, ən çox da müsəlman ölkələrinin üzərindədir. İslam Oyunları bizim həmrəyliyimizi və birliyimizi göstərəcək. Bildiyimiz kimi, möhtərəm prezidentimiz çıxışında qeyd etmişdi ki, idman yarışları müsəlman ölkələri arasında həmrəy olmağımızı göstərəcək. Biz əlimizdən gələni edəcəyik ki, bütün başqa bizdən ibrət götürsünlər.

Azərbaycan idman sahəsində dünyada sözünü deyib və artıq idman ölkəsi kimi tanınır . Keçirilən yarışlardan, beynəlxalq tədbirlərdən və idmançılarımızın əldə etdiyi nəticələrdən inanıram ki, bizim idmançılarımız bu yarışdan da üzüağ çıxacaqlar.

Xüsusilə qeyd etmək istərdim ki, karate mənim idmanımdır və artıq olimpiya idman növlərinə daxil olub. Bu il də İslam Oyunlarında karate olacaq. İnanıram bütün idmançılarımız kimi, karateçilər də öz sözlərini deyəcək. Azərbaycanda keçirilən bu tədbir millətimizin, torpağımızın başını uca edəcək.”.

Azərbaycan Güləş Federasiyasının vitse prezidenti, olimpiya çempionu Namiq Abdullayev deyib ki, ölkədə idmana göstərilən qayğı, diqqət göz qabağındadır:

“İdmançılar üçün hər bir şərait var. I Avropa Oyunlarını misal göstərmək olar. Bu yarışlarda möhtəşəm qələbələr qazanıldı. Rio-2016 Olimpiya Oyunlarında qazanılan möhtəşəm qələbələr deməyə əsas verir ki, IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız qızıl medalların sayını artıracaq, həmişə olduğu kimi xalqımızı sevindirəcəklər. Biz də inanırıq ki, himnimizi dəfələlərlə səsləndirib, bayrağımızı yüksəklərə qaldıracaqlar .
Mən həm də inanıram ki, yarışlar ölkəmizin tanıdılmasında da böyük rol oynayacaq. Bu günə qədər, Azərbaycanın ev sahibliyi etdiyi bütün yarışlar, tədbirlər yüksək səviyyədə keçirilib. İnanıram ki, İslam Oyunları da bu qəbildən olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler