» » Kapital Bank İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu

Kapital Bank İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu

Bölmə: Idman
Kapital Bank İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu
Kapital Bank Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub. Bununla bağlı 24 aprel tarixində Kapital Bank və Bakı 2017 Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

"Xalqinfo" xəbər verir ki, imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Bakı 2017-nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak ediblər.

“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. Kapital Bank olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler