» » Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub

Bölmə: Idman
Messi “Barselona”nın heyətində 500-cü qolunu vurub
İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi komandasının heyətində 500-cü qolunu vurub.

Xalqinfo.az APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində Madrid “Real” ilə matçda baş verib.

Madriddə keçirilən qarşılaşmada “Barselona” rəqibini 3:2 hesabı ilə məğlub edib. Messi oyunda “dubla” imza ataraq klub karyerasında vurulan qolların sayını 500-ə çatdırıb.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 8 qat İspaniya çempionu, 4 qat İspaniya Kubokunun və 4 qat Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler