» » Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçıları müəyyənləşə bilər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçıları müəyyənləşə bilər

Bölmə: Idman
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçıları müəyyənləşə bilər
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər.

Xalqinfo.az Report-a istinadla məlumatına görə, bunun üçün XXVII turun son qarşılaşması olan “Qəbələ” - “İnter” görüşündə münasib hesab qeydə alınmalıdır.

Qəbələdə keçiriləcək matçda meydan sahibləri 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzmasa, gümüş, qonaqlara isə bürünc medalları təmin etmiş olacaq və oyunun yekununda mükafatlandırma mərasimi baş tutacaq.

Qeyd edək ki, XXVII turun ilk oyun günündə “Qarabağ”la “Qəbələ” müvafiq olaraq, “Sumqayıt” və AZAL-ı 2:1 hesabı ilə məğlub ediblər. “Zirə” - “Neftçi” görüşündə isə heç-heçə qeydə alınsa da (2:2), qonaqlar legioner limitini pozduqları üçün texniki məğlubiyyətlə üzləşəcəklər. Bununla bağlı aprelin 25-də AFFA-nın İntizam Komitəsi qərar çıxaracaq.

24 aprel (bazar ertəsi)

14:30. “Qəbələ” – “İnter”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

İlk üç dövrə - 0:0, 1:1, 2:0

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler