» » “Kubok burdan-ora, ordan-bura gəzə bilməz” -

“Kubok burdan-ora, ordan-bura gəzə bilməz” - Abdulbari Gözəl

Bölmə: Idman
“Kubok burdan-ora, ordan-bura gəzə bilməz” -
“Qarabağ”ın fəxri prezideti Abdulbari Gözəl medalların verilməsi mərasimindən sonra jurnalistlərə müsahibə verib.

Xalqinfo” həmin müsahibəni təqdim edir:

- Azarkeşlər kubokun Ağdama aparılması ilə bağlı şüarlar səsləndirdilər. Bunu edəcəksiniz?

- Mən bunu bir neçə dəfə müzakirə etmişəm. Biz “Qarabağ” üçün çalışırıq. Kubok burdan ora, ordan bura gəzə bilməz. Biz o zaman enerjimizi itirəcəyik. “Qarabağ” elə Ağdamdır, bunun fərqi yoxdur. Klub bütün qarabağlılarındır. Bu klub bütün qarabağlıları təmsil edir. Bizə bu gün Qarabağın adını dünyada yaşatmaq lazımdır.

- Komanda ardıcıl 4 ildir ki, çempion olur, amma Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmir. Necə düşünürsünüz, bu il bu istək reallaşa bilərmi?

- Biz Çempionlar Liqasının qapısını döyürük hər dəfə. Məqsədimiz də budur, bunun üçün çalışırıq. Yerli çempionatda qol vurmaq bizi qane etmir. İndi biz Avropada naliyyətlər qazanmaq istəyirik. Bu da bir anda olmur, zaman lazımdır. Bilirsiniz ki, əvvəl vəziyyətimiz necə idi və indi hardan-hara gəldik.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi üçün heyəti gücləndirməsi, transferlər etməsi lazımdı. Bu məsələdə komandaya dəstəyiniz tam olacaqmı?

- Məsələn, bizdə Samuel Armenteros oynayırdı. İndi o, Hollandiya liqasında bombardirlər siyahısındadır. Yəni, hər transfer olunan futbolçu da komandaya uyğunlaşa bilmir. Bu, asan məsələ deyil. Belə işlərə Qurban müəllim baxır.

- Bəzi futbolçularınız etiraf edir ki, bu çempionluq ötən ilki çempionluqlardan daha çətin qazanıldı. Siz də bu fikirlə razısınızmı?

- Əlbəttə. Azərbaycan klubları inkişaf edir. “Qəbələ” ən böyük rəqibimiz idi. Belə rəqabət olması da bizə faydalıdır. Yoxsa, komanda da tənbəlləşər, bir şey edə bilməz.

- Mayın 5-də Naxçıvanda keçiriləcək Azərbaycan kubokunun finalından hansı nəticəni gözləyirsiniz?

- Gedəcəyik, oynayacağıq. Amma top yumrudu, bilmək olmaz indidən (gülür).


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler