» » “Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı -

“Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı - Yenilənib

Bölmə: Idman
“Neftçi”nin baş məşqçisi kobud səhvindən danışdı -
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 27-ci turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. "Xalqinfo" xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev oyunda kobud səhvə yol verib.

Belə ki, qarşılaşmaya 5 yerli futbolçu ilə başlayan baş məşqçi 67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu saxlayıb.

Bu isə limitin pozulması deməkdir.

***

Xalqinfo” futbolinfo.az-a istinadən Elxan Abdullayevin müsahibəsini təqdim edir:


- Meydanda çox gərgin mübarizə getdi. Rəqibi təbrik edirəm. Düşünürəm ki, "Zirə" avrokubok problemini 70 faiz həll etdi.

- Texniki məğlubiyyətdən nə vaxt xəbər tutdunuz?

- Əvvəlcə meydana Cavid İmamverdiyevi daxil edəcəkdik. Təəssüf ki, tərsinə oldu və limiti pozduq. Bunu texniki qüsur adlandırardım.

- "Forza Neftçi" azarkeşləri "istefa" qışqırdıqlarına görə, mübahisəylə üzləşdilər. Nəticədə tribunanı küsüb tərk etdilər...

- Başa düşmürəm, oyun başlamamış "istefa" qışqırmaq nə deməkdi. Axı, oyun başlamamış komandanı dəstəkləməyə gələn insanlar bu cür hərəkət etməz.

- Belə bir söhbət gəzirdi ki, 4-cü hakim əvəzetmə zamanı nümayəndənizə limiti pozduğunuzu xəbər verib...

- Xeyr, belə bir şey ola bilməz. Axı, bilsəydik, bu cür səhvə yol verməzdik. Ola bilər əvəzetmədən sonra bu məlumatı verib.

- Qış fasiləsindən sonrakı startınız uğurlu alınsa da, sonradan daha zəif komandalarla xallar itirdiniz. Bunun səbəbi nədi?

- İki cəbhəyə vuruşmağa hazır deyildik. Kubok və çempionatda qısa zaman kəsiyində 4 oyun keçirdik. Bəlkə də kubokdan imtina etsəydik, daha yaxşı olardı.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə rəqib məşqçinin kobud səhvinə belə münasibət bildirib:bunları deyib:

"Bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdir. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler