» » “Bir az arxayınlıq yaranmışdı, aradan qaldıra bildik”

“Bir az arxayınlıq yaranmışdı, aradan qaldıra bildik”

Bölmə: Idman
“Bir az arxayınlıq yaranmışdı, aradan qaldıra bildik”
Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

"Xalqinfo" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

“Komandamı təbrik edirəm. Baxmayaraq ki, çempionluq həll olunmuşdu, amma komandam qələbə qazandı. İlk hissədə bir az arxayınlıq yaranmışdı, amma bunu aradan qaldıra bildik. Bütün “Qarabağ” sevənləri təbrik edir və təşəkkürümü bildirirəm. “Sumqayıt”a və S.Abasova qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov da jurnalistlərin suallarını cavablandırıb

- İstəyirdik, 1 xal qazanaq. Qələbə şansımız yox idi. Əfsuslar olsun ki, bacarmadıq. “Qarabağ”ı çempionluq münasibətiylə təbrik edirəm. Layiq idilər, təqvim elə gətirdi ki, son iki tura güclü rəqiblərlə düşdük. Bu baxımdan bəxtimiz gətirmədi. Amma builki nəticəmiz o qədər də pis olmadı. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Komanda gəncdir və hələ təcrübə qazanır. Belə oyunların bizə çox xeyri olacaq.

- Məhəmməd Qurbanovun əvəzlənməsinin səbəbi nə idi?

- Bu, sırf onun oyununa görə idi. Hücumda və müdafiədə səhvlər edirdi.

- Bu gün xal qazanacağınıza inanırdız, yoxsa “Kəpəz”in xal itirəcəyinə?

- İnanmırdım ki “Kəpəz” xal itirə. Çətin oyunlar oynamışıq. Hələ təcrübə yığırıq. Rəqiblərin oyununyla da maraqlanırdıq. Xal götürəcəyimizə inanırdıq. 6-cı yeri qarantlamışıq. Çalışarıq ki, azarkeşlərimizi sevindirək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler