» » “Bürünc” qazandılar

“Bürünc” qazandılar

Bölmə: Idman
“Bürünc” qazandılar
Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

"Xalqinfo" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.

Yığmamız aktivinə 2 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, sabah daha 3 çüdoçumuz - Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler