» » Maylk O’Nil: “Bakıda uduzandan sonra azarkeşlərin bizə inamı azaldı”

Maylk O’Nil: “Bakıda uduzandan sonra azarkeşlərin bizə inamı azaldı”

Bölmə: Idman
Maylk O’Nil: “Bakıda uduzandan sonra azarkeşlərin bizə inamı azaldı”

Bakı – apa. “Biz qrup mərhələsində Rusiyanı məğlub etdik, Portuqaliya kimi komanda ilə səfərdə bərabərə qaldıq. Amma Azərbaycanla oyunlarda cəmi 1 xal qazandıq. Bu, gözlənilməz oldu”. Apasport.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maylk O’Nil deyib.

FİFA-nın rəsmi saytına danışan mütəxəssis DÇ-2014-ün qrup mərhələsində Azərbaycanla oyunlardan danışıb: “Azərbaycanla doğma meydanda 1:1 hesablı heç-heçə etdik. Heç kim bunu gözləmirdi. Bakıda 0:2 hesabı ilə uduzandan sonra azarkeşlərin bizə inamı azaldı. Çünki Rusiya və Portuqaliyaya qarşı göstərdiyimiz oyunu göstərsəydik, Azərbaycanı da, Lüksemburqu da məğlub edərdik. Amma əksinə oldu və biz həmin görüşlərdə zəif təsir bağışladıq. Amma AVRO-2016-nın qrup mərhələsində belə səhvlərə yol verməməliyik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler