» » Avro - 2017: Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

Avro - 2017: Azərbaycan cüdoçularının rəqibləri bəlli olub

Bölmə: Idman
Avro - 2017: Azərbaycan cüdoçularının rəqibləri bəlli olub
Ötən gün cüdo üzrə Avropa çempionatının püşkü atılıb.

Xalqinfo.az Apasport.az saytına istinadla məlumatına görə, Polşanın paytaxtı Varşavada keçiriləcək və bu gün start götürəcək qitə birinciliyində fərdi proqramda 11 idmançımız mübarizə aparacaq.

Artıq onların ilk rəqibləri müəyyənləşib.

60 kq çəki dərəcəsində mübarizə aparacaq Orxan Səfərov turnirə 1/8 finaldan start verəcək. Onun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.

66 kq çəkidə yarışacaq Nicat Şıxəlizadə isə çempionata 1/16 finaldan başlayacaq. İdmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdır.

73 kq çəki dərəcəsində iki cüdoçumuz tatami üzərinə çıxacaq. Hər iki idmançımız yarışa 1/16 finalla start verəcək.

Rüstəm Orucov Rudolf Kurtides (Kipr) / Andre Seppa (Estoniya), Hidayət Heydərov isə Reqimantas Ribinas (Litva) / Xavyer Ramirez (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

81 kq-dakı tək təmsilçimiz Rüstəm İsmayılov da Avropa çempionatına 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi isə estoniyalı Kriste Toniste olacaq.

90 kq çəkidə də bir idmançı ilə təmsil olunacağıq. Məmmədəli Mehdiyev 1/16 finalda moldovalı İon Dumbrava ilə üz-üzə gələcək.

Elmar Qasımov və Elxan Məmmədov ikilisi isə ölkəmizin şərəfini 100 kq çəki dərəcəsində qoruyacaqlar. 1/16 finaldan yarışa start verəcək hər iki təmsilçimiz uyğun olaraq Filipp Qalandi (Almaniya) və D`Arko Vinçenzo (İtaliya) ilə qarşılaşacaqlar.

Kişilər arasında ən ağır çəkidə (+100 kq) mübarizə aparacaq Uşanqi Kokouri isə 1/8 finalda bosniyalı Harun Sadıkoviç ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qadınların yarışında isə iki cüdoçumuz tatami üzərinə çıxacaq. 48 kq-da Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk, 52 kq çəkidə yarışan Nəzakət Əzizova isə həmin mərhələdə macarıstanlı Reka Pupp ilə üz-üzə gələcəklər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler