» » İdmaçımız Olimpiya oyunlarında qızıl və gümüş medal qazandı

İdmaçımız Olimpiya oyunlarında qızıl və gümüş medal qazandı

Bölmə: Idman
İdmaçımız Olimpiya oyunlarında qızıl və gümüş medal qazandı

58 ölkədən 2000 nəfər idmançı iştirak edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray 7 saylı internat evinin sakini Tağıyev Həbib Vəli oğlu Belçikanın Antverpen şəhərində keçirilən növbəti “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında qızıl və gümüş medallara sahib olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.Az-a verilən məlumata görə, əqli cəhətdən qüsurlu idmançılar arasında keçirilən, dünyanın 58 ölkəsindən 2000 nəfər idmançının iştirak etdiyi bu beynəlxalq səviyyəli mötəbər idman tədbirində Həbib Tağıyev bacarıqlı idmançı kimi diqqəti cəlb edib.

O, stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub. H.Tağıyev uzun müddətdir ki, idman sahəsində özünü sınayır və indiyədək bir çox yarışlarda mükafatlar əldə edib.

Qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” bu oyunlarda iştirak edən, 27 idmançıdan ibarət Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, Azərbaycan idmançıları bu yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr nümayiş etdirərək, 8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler