» » Daha bir idmançımızda dopinq tapıldı

Daha bir idmançımızda dopinq tapıldı

Bölmə: Idman
Daha bir idmançımızda dopinq tapıldı
Azərbaycanın daha bir idmançısı dopinqdə "ilişib".

Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın və "Synergy Baku"nun milliləşdirilmiş legioneri Maksim Averinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb.

Belə ki, ötən ay ondan götürülən analiz müsbət nəticələnib və velosipedçinin meldoni preparatından faydalandığı üzə çıxıb.

Bu səbəbdən də onun beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. B probunun nəticəsindən asılı olaraq, Averinlə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. Komandamızın 32 yaşlı lideri Fransadakı Avropa və Qətərdəki dünya çempionatında da yarışı yarımçıq tərk etmişdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler