» » Azərbaycanlı hakim Avropa kubokunun final görüşünü idarə edib

Azərbaycanlı hakim Avropa kubokunun final görüşünü idarə edib

Bölmə: Idman
Azərbaycanlı hakim Avropa kubokunun final görüşünü idarə edib
Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri keçirilib. “Xalqinfo” xəbər verir ki, bu mötəbər yarışda ölkəmizi cüdoçularımızla yanaşı, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli də təmsil edib.

Bir çox vacib qarşılaşmaları idarə edən ədalət təmsilçimiz, 48 kq çəki dərəcəsində qadınların final görüşünün əsas hakimi olub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler