» » “Yuventus” “Barselona”nı darmadağın etdi

“Yuventus” “Barselona”nı darmadağın etdi

Bölmə: Idman
“Yuventus” “Barselona”nı darmadağın etdi
Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Xalqinfo.az xəbər verir ki, məlumatına görə, İspaniyanın “Barselona” klubu səfərdə İtaliyanın “Yuventus” komandasının qonağı olub.

Matç italiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Dibala dubla imza atıb. Argentinalı futbolçu 7 və 22-ci dəqiqələrdə fərqlənib. Kataloniyalıların qapısından üçüncü topu isə müdafiəçi Corcio Kyellini keçirib.

Cavab qarşılaşması aprelin 19-da keçiriləcək.

Xatırladaq ki, “Barselona” 1/8 final mərhələsinin ilk oyununda Fransanın PSJ komandasına 4:0 hesabı ilə uduzmuşdu. Lakin cavab qarşılaşmasında Luis Enrikenin yetirmələri rəqibini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlamışdılar.

İndi çoxlarını bir sual maraqlandırır: “Barselona” bu uğuru bir daha təkrarlaya biləcəkmi?

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler