» » Futbol üzrə Argentina yığmasının baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Argentina yığmasının baş məşqçisi istefaya göndərilib

Bölmə: Idman
Futbol üzrə Argentina yığmasının baş məşqçisi istefaya göndərilib
Futbol üzrə Argentina yığmasının baş məşqçisi Eduardo Bauza istefaya göndərilib.

Xalqinfo.az xəbər verir ki, Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya deyib.

“Biz razılaşmaya nail olduq və təsdiq edirik ki, Eduardo Bauza artıq futbol üzrə Argentina yığmasının baş məşqçisi deyil”, - Tapiya deyib.

Qeyd edək ki, Bauza 2016-cı ilin avqustunda Xerardo Martinonun yerinə gəlib. Əvvəllər Bauza Braziliyanın “San-Paulu”, Argentinanın “San-Lorenso” və digər klubları çalışdırıb. Karyerası ərzində o, 2 dəfə Libertadores kubokunun qalibi olub - Ekvadorun “LDU Kito” (2008) və Argentinanın “San-Lorenso” (2014) klubları ilə.

Eduardo Bauzanın rəhbərliyi altında Argentina yığması Dünya Çempionatı 2018 turnirinin seçmə mərhələlsində 8 oyun keçirib. Oyunlardan 3-ü qalibiyyətlə, 3-ü məğlubiyyətlə, 2-si isə heç-heçə ilə yekunlaşıb. Argentina qrupda 14 oyundan sonra 22 xal ilə 5-ci yerdə qərarlaşıb. Qrupda 33 xal ilə Braziliya liderdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler