» » “Neftçi” Elxan Abdullayevlə bağlı bəyanat yaydı

“Neftçi” Elxan Abdullayevlə bağlı bəyanat yaydı

Bölmə: Idman
“Neftçi” Elxan Abdullayevlə bağlı bəyanat yaydı
“Neftçi” bəyanat yayıb. "Xalqinfo" xəbər verir ki, bəyanatda son günlər klub ətrafında yaranan vəziyyətə aydınlıq gətirilib.

Bildirilir ki, 2016/2017-ci illər mövsümünün qış fasiləsində “Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edilib və komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir: “Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. “Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyimizi bildiririk”.

Qeyd olunur ki, son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdləri aşkar hiss olunmaqdadı: “Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq. Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərinin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. “Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, “Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər”.

Sonda bildirilir ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub: “Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler