» » NASA-dan SOS: Arktikada buzlaqlar belə əriyir -

NASA-dan SOS: Arktikada buzlaqlar belə əriyir - Video

Bölmə: Idman
NASA-dan SOS: Arktikada buzlaqlar belə əriyir -
Amerika Kosmik Agentliyi NASA Arktikada son 38 ildən bəri baş verən dəyişikliyi qeydə alan video yayıb.

Xalqinfo.az xəbər verir ki, NASA-nın məlumatında Arktikada buzun qalınlığının rekord dərəcədə azaldığı qeyd olunub.

Agentliyin məlumatına görə, fevralın 13-də 1979-cu ilin aerokosmik müşahidələrindən bəri buzun ən aşağı göstəricisini qeydə almaq mümkün olub. Alimlər hesab edir ki, bu, planetdə baş verən istiləşmənin göstəricisidir.

1979-cu ildə Arktika buzlaqlarının ümumi sahəsi 2 milyon kvadrat kilometr təşkil edib. 2016-cı il isə bütün tarix boyu ən isti il olub.

Alimlər hesab edir ki, bir neçə onildən sonra Arktika yay mövsümündə buz örtükdən tamamilə azad olacaq, qışda isə yenidən buzlaşma baş verəcək.



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler