» » “Danışmaq yox, meydanda oyunumuzu göstərməliyik” -

“Danışmaq yox, meydanda oyunumuzu göstərməliyik” - Rəşad Sadıqov

Bölmə: Idman
“Danışmaq yox, meydanda oyunumuzu göstərməliyik” -
Azərbaycan yığması sabah DÇ-2018-in seçmə mərhələsində Almaniya millisini qəbul edəcək.

Xalqinfo” xəbər verir ki, qarşılaşmadan əvvəl seçməmizin kapitanı Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib:

“Qrupda növbəti oyuna çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Dünyanın ən güclü komandasıdı. Əlavə nəsə danışmağa ehtiyac yoxdur. Hər zaman olduğu kimi oyuna ciddi yanaşırıq. Həm çalışacağıq ki, maraqlı oyun olsun, həm də nəticə qazanmağa çalışacağıq. Rəqibdən rəqibə də fərq var. Almaniya isə həm atletik, həm texniki cəhətdən yaxşı oynayır. Kiçik səhvi belə bağışlamırlar. Əslində çox danışmaq yox, meydanda oyunumuzu göstərməliyik”.

Rəşad sabahkı oyunda azarkeşlərin çox olacağına da münasibət bildirib:

"Bu bizə əlavə stimuldu. Futbolçularla da öz aramızda danışmışıq. Belə oyunlar üçün darıxmışdıq. Bizim üçün bir fürsətdi. Özümüzü yaxşı tərəfdən göstərməliyik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler