» » Millinin futbolçularına fantastik mükafat vədi

Millinin futbolçularına fantastik mükafat vədi

Bölmə: Idman
Millinin futbolçularına fantastik mükafat vədi
Sabah futbol üzrə dünya çempionatı 2018-in təsnifat mərhələsi çərçivəsində “C” qrupunda yer alan Azərbaycan yığması Almaniya komandası ilə qarşılaşacaq.

Xalqinfo.az “Azerifootball” nəşrinə istinadən məlumatına görə, uduzmayacağı təqdirdə Azərbaycan millisinin futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Belə ki, yığmamız qələbə qazansa əsas heyətin oyunçuları hərəyə 100 min, oyuna sonradan daxil olmuş futbolçular 75 min, ehtiyatda qalan oyunçular isə 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75 faizi, ehtiyatda qalanlara isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler