Azərbaycanda hakimi təhqir edən məşqçiyə ağır cəzaBölmə: Idman
AFFA İntizam Komitəsinin iclası keçirilib. “Xalqinfo” xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turlarında baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: Birinci divizionun 20-ci turunun “Zaqatala” - MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. 1-ci divizionun 21-ci turunun “Energetik” - “Şahdağ” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Elnur Şiriyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Energetik”in futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. 1-ci divizionun 21-ci turunun MOİK - “Şəmkir” matçının 40-cı dəqiqəsində MOİK-in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində MOİK-in baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|