» » “Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi

“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi

Bölmə: Idman
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı müəyyənləşib.

"Xalqinfo" PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun komandası 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub. Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.

Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdir.

İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Komanda ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler