» » “Güzəştsiz mübarizə olacaq” -

“Güzəştsiz mübarizə olacaq” - Diniyev

Bölmə: Idman
“Güzəştsiz mübarizə olacaq” -
“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt”la görüşümüz çətin olacaq”.

Xalqinfo” xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

O, Topaz Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la keçiriləcək oyun haqda fikirlərini bildirib:

“Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler