» » “Novruz öncəsi qələbə istəyirik”

“Novruz öncəsi qələbə istəyirik”

Bölmə: Idman
“Novruz öncəsi qələbə istəyirik”
“Sonuncu oyunumuzla qarşıdakı matç arasında vaxt az olsa da, yaxşı hazırlaşmışıq. Əslində bütün görüşlərə eyni formada məşq edirik. Sadəcə, “Zirə” ilə oyuna kimi bəxtimiz gətirmirdi".

"Xalqinfo” xəbər verir ki, bu fikirləri "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında bildirib.

Azərbaycan Premyer Liqasının XXIII turunda “Kəpəz” Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək. Müdafiəçi sabahkı matçda 3 xal qazanmağa çalışacaqlarını söyləyib: "Məqsədimiz qələbədir. Qarşımızda duran əsas vəzifə xal ehtiyatımızı artırmaqla turnir cədvəlində yerimizi yuxarıya doğru dəyişməkdir. Həm də Novruz öncəsi olduğundan bayrama yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler