Avropa Liqasında 1/4 finalçılar müəyyənləşəcəkBölmə: Idman
Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək. Xalqinfo.az Report-a istinadla məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” Yunanıstan “Olimpiakos”unu qəbul edəcək. Bu komandalar arasında bir həftə öncəki qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Ona görə "qartallar"a mərhələ adlamaq üçün qolsuz heç-heçə də kifayət edir. Səfərdən eyni hesablı heç-heçə ilə dönən İngiltərə “Mançester Yunayted”i və Almaniyanın “Borussiya” (Münhenqladbax) komandası ilə yanaşı, qələbə qazanmağı bacaran Belçikanın “Gent” və “Anderlext” komandaları da 1/4 finala vəsiqə baxımından üstünlüyə malikdirlər. Avropa Liqası, 1/16 final, cavab görüşləri 16 mart 22:00. “Beşiktaş” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan) Baş hakim: Maykl Oliver (İngiltərə) İstanbul, “Vodafone Arena” İlk oyun - 1:1 22:00. “Krasnodar” (Rusiya) - “Selta” (İspaniya) Baş hakim: Ruddi Buke (Fransa) Krasnodar stadionu İlk oyun - 1:2 22:00. “Genk” - “Gent” (Hər ikisi Belçika) Baş hakim: Alberto Undiano Malyenko (İspaniya) Genk, “Luminus Arena” İlk oyun - 5:2 17 mart 00:05. “Borussiya” (Münhenqladbax) - “Şalke” (Hər ikisi Almaniya) Baş hakim: Mark Klattenburq (İngiltərə) Münhenqladbax, “Borussia-Park” stadionu İlk oyun - 1:1 00:05. “Anderlext” (Belçika) - APOEL (Kipr) Baş hakim: Aleksey Kulbakov (Belarus) Brüssel, “Konstant Vanden Stok” stadionu İlk oyun - 1:0 00:05. “Ayaks” (Hollandiya) - “Kopenhagen” (Danimarka) Baş hakim: İvan Krujlyak (Slovakiya) “Amsterdam ArenA” İlk oyun - 1:2 00:05. “Roma” (İtaliya) - “Lion” (Fransa) Baş hakim: Viktor Kaşşai (Macarıstan) Roma, “Olimpiko” stadionu İlk oyun - 2:4 00:05. “Mançester Yunayted” (İngiltərə) - “Rostov” (Rusiya) Baş hakim: Gediminas Majeyka (Litva) Mançester, “Old Trafford” stadionu İlk oyun - 1:1 Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|